Uşağın özünəinamı və bacarıqları ailə-məktəb əməkdaşlığı ilə formalaşır - Müəllim
20.10.2026 [17:10]
Xəbərin mətni
Uşağın hərtərəfli inkişafı yalnız məktəbdə qazandığı biliklərlə məhdudlaşmır. Onun fərdi xüsusiyyətlərinin nəzərə alınması, özünəinamının formalaşması, digər insanlarla düzgün münasibət qurmağı öyrənməsi və müstəqil düşünmə bacarıqlarının inkişafı məktəb və ailənin birgə əməkdaşlığını zəruri edir. Bu prosesdə valideyn, müəllim və şagird arasında düzgün münasibətlərin qurulması əsas şərtlərdən biridir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi Nərmin Bağırova deyib.