Bakı metrosunun “Qırmızı xətti” 6 vaqonlu qatarların hərəkətinə hazırlanır
23.10.2026 [14:27]
Xəbərin mətni
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Görülən işlər gələcəkdə qatarların hərəkət intervallarının azaldılmasına, ehtiyat qatarların operativ şəkildə xəttə buraxılmasına və “Qırmızı xətt” üzrə 6 vaqonlu qatarların hərəkətinin təşkilinə imkan yaradacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Həzi Aslanov” stansiyasının dalanında yenidənqurma işlərinin yekunlaşması ilə əlaqədar təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.