Araz Əsgərli: Ombudsmanın stendi həm vətəndaşlar, həm də hüquqşünaslar üçün böyük maraq kəsb edir
23.10.2026 [19:53]
Xəbərin mətni
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sərgidə əsas məqsədi hüquqi maarifləndirmə aparmaqdır. Maarifləndirmə fəaliyyətimiz qadın hüquqları, uşaq hüquqları, bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması və digər fərqli hüquqi mövzuları əhatə edir. Bunu açıqlamasında Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Araz Əsgərli deyib.