Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akif Quliyev: Müasir suvarma texnologiyaları su itkilərini azaldır, məhsuldarlığı artırır

28.10.2026 [17:25]

Xəbərin mətni

Azərbaycanda kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi üçün su ehtiyatlarından səmərəli istifadə olunması, müasir suvarma texnologiyalarının tətbiqi və əkin sahələrində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.