Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib
16.11.2026 [11:32]
Xəbərin mətni
Özünəməşğulluq proqramı insanların öz gəlir mənbəyini yaratmasını, peşə hazırlığı isə əmək bazarına uyğun bilik və bacarıqların yaradılmasını dəstəkləyir. Bu mexanizmlər vətəndaşlara ehtiyaclarına uyğun dəstəyi göstərməyə imkan verir. Belə ki, 2026-cı ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib. 14 mindən çox vətəndaş peşə hazırlığına, 6600-dən çox şəxs isə özünəməşğulluq proqramına cəlb olunub. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.