Vüqar Gülməmmədov: 2027-ci ilin dövlət büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsi olacaq
16.11.2026 [13:50]
Xəbərin mətni
Son illər ərzində istər sosial-iqtisadi, istərsə də dövlət maliyyəsi sahəsində aparılan islahatlar dövlətimizin iqtisadi qüdrətinin və dövlət maliyyə resurslarının davamlı olaraq artmasına xidmət edib. Hazırda bizə təqdim edilən 2027-ci ilin dövlət büdcəsinin layihəsi də ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.