Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan Erenoğlu: Universitetlər strateji planlarını iş dünyasının tələblərinə uyğun qurmalıdır

16.11.2026 [13:05]

Xəbərin mətni

Tələbələrin məzun olduqdan sonra əmək bazarında daha rahat fəaliyyət göstərmələri üçün əlavə bilik və bacarıqlar qazanmalarına da şərait yaratmalıyıq. Başqa sözlə, onlara əlavə üstünlük qazandıran sertifikat proqramları təqdim etməliyik. Bunu Türkiyənin Onsəkkiz Mart Universitetinin rektoru Ramazan Erenoğlu "Milli Məşğulluq Forumu 2026" tədbiri çərçivəsində keçirilən "Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq" adlı panel sessiyada çıxış edərkən deyib.