“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı
21.11.2026 [16:19]
Xəbərin mətni
AZƏRTAC-ın “Yeməyə dəyər” layihəsinin növbəti buraxılışında çəkiliş qrupu Elgün şefin qonağı olub. Bu dəfə mətbəxdə əsas yeri payızın ən ətirli meyvələrindən sayılan heyva tutur. Şef heyvadan fərqli dadlara malik iki təam – heyva salatı və dolması hazırlayıb. Verilişdə həm bu yeməklərin bişirilmə qaydası və incəlikləri, həm də heyvanın mətbəxdə müxtəlif üsullarla istifadəsi göstərilib.