Güləşçimiz Dünya çempionatında bürünc medal qazandı
16.09.2016 [11:29]
43 kq çəkidə yarışan Aynur Camalova mübarizəyə 1/4 finaldan qoşulub. Bürünc medal görüşünə çıxan Aynur Camalova İspaniya güləşçisini üstələyərək çempionatın bürünc medalını qazanıb.