İDMAN


Ronaldodan het-trik

Madrid "Real"ının portuqaliyalı forvardı Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatında "Alaves"lə keçirilən səfər oyununda üç qol vurub. AZƏRTAC xəbər verir ki, bu het-trik portuqaliyalı hücumçu üçün bütün turnirlərdə 43-cü, İspaniya çempionatında isə 31-ci olub. İlk top onun İspaniya Premyer Liqasında vurduğu 350-ci qol olub. Oyun 4:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.