Naxçıvanın dağlıq ərazilərində muflon və dağ keçilərinin sayı artıb
28.11.2016 [13:29]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən Darıdağ və Nehrəm dağı ərazisində növbəti reyd keçirilib.
AZƏRTAC xəbər verir ki, reyd zamanı əvvəllər az-az hallarda rast gəlinən muflon və dağ keçilərinin sayının artaraq yüzlərlə olduğu müəyyənləşib.