Bazar günü hava yağmursuz keçəcək
03.12.2016 [12:36]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.