Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah yollar buz bağlayacaq

14.12.2016 [12:53]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qarın arabir intensivləşəcəyi, gecə və səhər çovğun olacağı ehtimalı var.