İDMAN


AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi media tərəfdaşı olub

Dekabrın 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb. Müqaviləni AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və AİSGOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.