Sabah hava yağmursuz olacaq
27.12.2016 [13:32]
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər bəzi yerlərdə çiskinli, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.