CƏMİYYƏT


BİZ DƏ HAMI KİMİYİK
Ağırlıqqaldırma ilə məşğul olan Babacanov qardaşları

Gəncədə yaşayan Nurlan və Elxan Babacanov qardaşları artıq 7 ildir idmanın ağırlıqqaldırma növü ilə məşğul olurlar. Bu gənclər dəfələrlə ölkə və beynəlxalq əhəmiyyətli yarışların iştirakçısı olublar. Əlbəttə, bəlkə çoxları fikirləşə bilər ki, bu cür nailiyyətləri məşq edən hər bir gənc qazana bilər. Lakin, qeyd etmək lazımdır ki, Babacanovlar ailəsinin hər iki övladı anadangəlmə uşaqlığın serebral iflici xəstəliyi ilə doğulublar.