Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Azərbaycanda yağışlı hava gözlənilir

09.01.2017 [13:07]

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.