Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabahın hava proqnozu: Bakıda yağış yağacaq

15.01.2017 [14:28]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Cənub-şərq küləyi əsəcək. Gecə 2-4°, gündüz 6-9° isti olacaq.