Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacı Əliyev İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb

20.05.2017 [19:12]

Xəbərin mətni
Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə pəhləvanımız Hacı Əliyev final görüşündə qalib gələrək İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb. Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.