Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub
Qızıl medalı idmançımıza Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva təqdim edib
20.05.2017 [20:46]
Xəbərin mətni
Mayın 20-də İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.