Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həmişə uşaq qalanlar - Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən REPORTAJ

09.06.2017 [12:30]

Onlar daun sindromu ilə doğulan, düşdükləri vəziyyətdən xəbərsiz saf və bir o qədər də həssas uşaqlardır. Bu uşaqları cəmiyyətdən kənarlaşdırmaq olmaz. Əksinə onlara bizlərdən biri olduğunu hiss etdirmək və cəmiyyətə inteqrasiyalarını təmin etmək lazımdır. Unutmayaq ki, daun sindromlu uşaqlar xəstə deyil, sadəcə fərqlidirlər.