Azərbaycan Dövlət İnformasiya Agentliyi

Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində marşallar üçün təlim keçirilib

10.06.2017 [16:43]

İyunun 10-da Bakı Marşal Klubunda (BMK) Formula-1 Azərbaycan Qran-Prisi ərəfəsində marşallar üçün təlim keçirilib. Təlimdə marşalların Azərbaycan Qran-Prisinə hazırlıq səviyyəsi yoxlanılıb. Marşallara təlimlər BMK-da Bakı şəhər halqasına uyğun hazırlanmış trekdə təşkil olunub.