Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi
27.06.2017 [17:15]
Xəbərin mətni
İyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.
Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.