RƏSMİ
Azərbaycan Prezidenti İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb
28.06.2017 [18:14]
Xəbərin mətni
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd etdi, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğuladı. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.