Bakıda itlər arasında gözəllik müsabiqəsi keçirilib
10.07.2017 [17:51]
Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin təşkilatçılığı ilə itlər arasında gözəllik müsabiqəsi keçirilib. Müsabiqədə bir-birindən gözəl itlər öz sahibləri ilə birlikdə “podiuma” çıxıb. Məqsəd sahibli və sahibsiz heyvanlara diqqət çəkmək, cəmiyyətin onlara humanist yanaşmasını təbliğ etməkdir. Qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.