Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə gəlib
17.07.2017 [09:43]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.