Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Latviya sənədləri imzalanıb

17.07.2017 [18:11]

Xəbərin mətni
İyulun 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Prezident Raymonds Veyonis “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzaladılar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI