Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

18.07.2017 [17:48]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Prezident İlham Əliyev Rəşid Meredovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Türkmənistan ilə bərqərar olmuş qardaşlıq münasibətlərinə böyük önəm verir və bütün sahələrdə əlaqələrimizin genişləndirilməsində maraqlıdır.

Bölmənin digər videoları