CƏMİYYƏT


Havanın temperaturu 3-5 dərəcə düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli, axşam dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeronda gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.