Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabahdan havanın temperaturu yüksələcək

04.08.2017 [12:59]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 23-26°, gündüz 34-38°, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.