İstirahət günü paytaxtda 38 dərəcə isti olacaq
05.08.2017 [12:25]
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 23-26° isti, gündüz 34-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.