Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabahdan havanın temperaturu 3-5 dərəcə aşağı enəcək

09.08.2017 [14:11]

Yaxın 2 gün ərzində paytaxtda hava yağmursuz olacaq. Lakin sabah yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Bunu AZƏRTAC-a müsahibəsində ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Fərqanə Həsənova deyib.