Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub

14.08.2017 [22:31]

Xəbərin mətni
Avqustun 14-də Bakı Konqres Mərkəzində 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimi olub. AZƏRTAC-ın informasiya dəstəyi verdiyi 41-ci Dünya Skaut Konfransında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, digər dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.