CƏMİYYƏT


İstirahət günü paytaxtda 35 dərəcə isti olacaq

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.