CƏMİYYƏT


Sabah Bakıda 36 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 23-25° isti, gündüz 34-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.