Sabah paytaxtda 35 dərəcə isti olacaq
28.08.2017 [13:16]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir.