Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq
29.08.2017 [12:40]
Avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.