Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda 36 dərəcə isti proqnozlaşdırılır

30.08.2017 [12:46]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir. Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.