Sabah paytaxtda 36 dərəcə isti olacaq
31.08.2017 [13:15]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.