CƏMİYYƏT


Sabah hava dəyişkən buludlu olacaq

Sabah Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Abşeronda havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacağı gözlənilir.