Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək
03.09.2017 [13:58]
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.