Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq
04.09.2017 [14:50]
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Havanın temperaturunun gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.