Sabah arabir yağış yağacaq
07.09.2017 [13:07]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 25-28° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.