Sabah hava yağmursuz olacaq
08.09.2017 [13:23]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacağı gözlənilir.