Sabah paytaxtda 31 dərəcə isti olacaq
12.09.2017 [13:17]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti olacağı gözlənilir.