Sabah Bakıda hava yağmursuz keçəcək
15.09.2017 [12:47]
Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq.