Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
19.09.2017 [18:53]
Xəbərin mətni
Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçuların Vətən sevgisi, döyüş ruhu və yüksək nizam-intizamı onu deməyə imkan verir ki, Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin yaranmasının ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.