Sabahdan hava şəraiti dəyişir: Bölgələrdə yağış yağacaq
22.09.2017 [15:11]
Yaxın iki gün ərzində şimal rayonlarından başlayaraq hava şəraiti qeyri-sabit keçəcək. Bakı və Abşeronda hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz hava müşahidə olunacaq. Bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.