İstirahət günü rayonlarda şimşək çaxacaq, arabir yağış yağacaq
23.09.2017 [13:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Abşeron yarımadasında gecə 18-22° isti, gündüz 27-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı gözlənilir. Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.