Sabah bəzi yerlərdə yağış yağacaq
25.09.2017 [13:03]
Sentyabrın 26-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacağı gözlənilir.